Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 14:00
Qidaların bədənimizə və sağlamlığımıza təsiri böyükdür.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, şəkər, zərərli yağlar, artıq duz, alkoqol və kofein tərkibli qidalar bədənimizdəki vacib zülalları məhv edə bilər. Bu vəziyyət bədənin və dərinin susuzlaşmasına səbəb olur.
Hər kəs şəkərin nə qədər zərərli olduğunu bilir. Kilo artımından qırışların meydana gəlməsinə qədər bir çox zərərli məqamları qeyd edə bilərik. Şəkərin çox olması qlikasiyaya səbəb olur. Bu proses bədəndəki zülalları və lipidləri zədələyir, qırışların inkişafına kömək edir.
Fəst fud, qızardılmış yağlar, marqarin, konservləşdirilmiş bu siyahıya daxildir. Trans yağlar ürək xəstəlikləri riskini artırmaqla yanaşı damarlarınızı da sərtləşdirir. Bu, dəridəki qan axını zəiflədərək vaxtından əvvəl yaşlanmaya səbəb olur.
Duz isə hüceyrələrin daralmasına, susuzluğa gətirib çıxarır. Bədən susuzlaşdıqda, dəri daha da qırışır və qocalır. Çoxları tərəfindən sevilən kolbasa, ləzzətli ət - çoxlu duz və konservantlardan ibarətdir.
Bundan əlavə, bu məhsullar bədəndə C vitamini miqdarını azaldır, bu da kollagenin əmələ gəlməsi üçün çox vacibdir.