Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adətən uşaqlarda görünən ''öpüş xəstəliyi'' haqda - Nə etməli?

Adətən uşaqlarda görünən ''öpüş xəstəliyi'' haqda - Nə etməli?

Tarix: 2 Yanvar 2020 15:15

Floridadan olan Ariana Rey Delf "Epşteyn-Barr" virusu nəticəsində yaranan infeksion mononukleoza görə 17 yaşında dünyasını dəyişib. Yoluxma adətən tüpürcək yolu ilə yoluxduğundan bu xəstəliyə "öpüş xəstəliyi" də deyilir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, qız əvvəlcə baş ağrısı və ciddi yorğunluqdan şikayət edib. Sonra onda üç həftə ərzində qrip əlamətləri görünüb. Həmin vaxt tibb işçiləri ona diaqnoz qoya bilməyiblər.

Amerikalı qızda qusma halları başlayanda isə xəstəxanaya yerləşdirilib. Xəstəxanada 17 yaşlı qızda beyinə ciddi zərər vuran insult qeydə alınıb. İlk simptomlardan üç həftə sonra pasient vəfat edib.

Tibb işçilərinin sözlərinə görə, bu xəstəliklərindən ölüm halları da çox nadir qeydə alınır. Qızda xəstəliyin belə ağırlaşmasının nə ilə əlaqədar olduğu barədə mütəxəssislər rəy verməyiblər.


Etiketlər:  Adətən uşaqlarda görünən öpüş xəstəliyi haqda etməli


RƏYLƏR