Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur futbolçu qəzaya düşdü: Maşını divara çırpıldı - FOTO

Məşhur futbolçu qəzaya düşdü:  Maşını divara çırpıldı - FOTO

Tarix: 2 Yanvar 2020 15:42

İtaliyanın "Breşiya" klubunun hücumçusu Mario Balotelli gecə klublarından birində keçirilən Yeni il şənliyindən evə qayıdarkən qəzaya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, avtomobilin sükanı arxasında Balotellinin dostu olub.

Sürücü yanlış manevr edib və maşın yaxınlıqdakı çörək mağazasının divarına çırpılıb.

Qəza nəticəsində futbolçu və dostu xəsarət almasa da, maşına ziyan dəyib. Balotelli maşını ərazidə qoyaraq evinə qədər bir neçə yüz metr yolu piyada getməli olub.


Etiketlər:  Məşhur futbolçu qəzaya düşdü Maşını divara çırpıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ