Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 17:26
ABŞ-ın Kaliforniya ştatının Monterey-Bey Akvariumu Elmi-Tədqiqat İnstitutunun (MBARI) alimləri okeanın dibində bir neçə min qəribə dəlik aşkarlayıblar.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirilir ki, dəliklərin mənşəyi bəlli deyil. Dairəvi formada olan çuxurlardan ən irilərinin eni orta hesabla 175 m, dərinliyi 5 metrdir. 1.3 min kvadrat kilometr ərazidə 5.2 min dəlik aşkarlanıb.
Mikrodepressiyaların - böyük olmayan çuxurların diametri isə 11 metrə çatır. Onların dərinliyi 1 m təşkil edir. Onların divarları dikdir.
Dünya okenanının müxtəlif sahələrində rast gəlinən bu cür dəliklər dəniz dibindən metan qazının və digər maddələrin çıxması ilə əlaqələndirilir. Bu, dəniz dibinin qeyri-sabitliyinə, nəticədə isə neft platformaları və külək turbinləri kimi qurğular üçün təhlükəyə gətirib çıxara bilər. Amma maraqlısı budur ki, MBARI-nin mütəxəssisləri heç bir metan izi aşkarlamayıblar. Əldə olunan məlumatlara əsasən bildirilir ki, bu dəliklər 50 min ildən çoxdur ki, aktiv deyil.