Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 17:40
Ünal Karamanla yollarını ayıran Türkiyənin “Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az xəbər verir ki, Qaradəniz təmsilçisini Karamanın köməkçisi Hüseyin Çimşir çalışdıracaq. Bunu Türkiyə mətbuatına açıqlamasında klub prrzidenti Əhməd Ağaoğlu deyib.
“Trabzonspor”un sabiq futbolçusu məşqçilik karyerası ərzində “Akhisarspor”, “Kayseri Ərciyyəspor”, “Osmanlıspor”, “Trabzonspor”da köməkçi-məşqçi kimi çalışıb.
Çimşir yanvarın 5-dən “Trabzonspor”dakı yeni vəzifəsinə başlayacaq.