Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Airbus'' uzun illərdən sonra ilk dəfə ''Boeing''i qabaqlayıb

''Airbus'' uzun illərdən sonra ilk dəfə ''Boeing''i qabaqlayıb

Tarix: 2 Yanvar 2020 18:20

Fransanın "Airbus" şirkəti satılan təyyarələrin sayına görə "Boeing" korporasiyasını qabaqlayaraq uzun müddətdən sonra ilk dəfə olaraq təyyarə sənayesinin lideri oldu.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, "Boeing" 2011-ci ildən liderliyi əldən vermirdi.

Ötən il "Airbus"ın satışları əvvəlki illə müqayisədə təxminən 8% artıb və 863 təyyarə təşkil edib.

Aviasiya sənayesinin iki nəhənginin fəaliyyətindəki dəyişiklik əsasən "Boeing 737 MAX" təyyarələrinin iki qəzasından sonra yaranan böhran və bu laynerlərdə sonrakı kritik nasazlıqların aşkarlanması ilə əlaqədardır.

"Airbus" rəsmi olaraq satılan təyyarələrin sayını şərh etməkdən imtina edib. Şirkət rəsmiləri bunu rəqəmlərin dərc olunmamışdan öncə yoxlanmalı olduğu ilə izah edib.


Etiketlər:  Airbus uzun illərdən sonra dəfə Boeingi qabaqlayıb


RƏYLƏR