Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 20:00
"Astana"nın baş məşqçisi Roman Qriqorçuk komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis Qazaxıstan mətbuatına müsahibəsində klubla müqaviləsi olduğunu deyib: "Mövsümün sonunda "Astana" rəhbərliyi ilə danışdıq. Amma bu məsələ müzakirə olunmadı. Məndə başqa məlumat yoxdur".
2018-ci ilin iyunundan "Astana"nı çalışdıran Qriqorçukun klubla bu ilin yayına qədər müqaviləsi var. Son bir ildə Qriqorçukun Qazaxıstandan ayrılacağı haqda bir neçə dəfə məlumat yayılıb.