Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2020 23:16
Çinin "Alibaba" internet nəhəngi Asiyanın ən bahalı şirkəti adına layiq görülüb. 2019-cu ilin sonunda şirkətin bazar kapitallaşması 570 milyard dollara yaxınlaşıb və bu, ötənilki lider "Tencent" şirkətinin göstəricisindən (459 milyard dollar) çoxdur.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Alibaba" bazar qiymətinin göstəricisinə görə dünyada "Saudi Aramco", "Apple", "Microsoft", "Alphabet", "Amazon" və "Facebook"dan sonra 7-ci yerdə qərarlaşıb.
"Çində real gəlirlərin artması, sürətlə inkişaf edən şəhərlərin sayının çoxalması "Alibaba"nın səhmlərinə müsbət təsir göstərir" - "EqualOcean" konsaltinq şirkətinin analitiki İvan Platonov "Nikkei" nəşrinə deyib.