Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2020 13:30
Məşhur kolumbiyalı narkotacir Pablo Eskobarın Meksikadakı keçmiş evi bahalı kurorta çevriləcək.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, dəbdəbəli hoteldə 40 SPA-prosedurlu otaq və lüks butiklər yerləşdiriləcək.
Evi "Thor Equities Group" daşınmaz əmlak agentliyi 17,5 milyon dollara alıb. Şirkət bura 100 milyon dollar yatırım etmək niyyətindədir.
Villa Yukatan yarımadasında, San-Kaan təbiət qoruğunun 1 kilometrliyində yerləşir. Yaxınlıqda həmçinin maya sivilizasiyasina aid şəhərin qalıqları da var.