Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sulşer çox gülür'' - Van Persi

''Sulşer çox gülür'' - Van Persi

Tarix: 3 Yanvar 2020 16:02

"Arsenal" və "Mançester Yunayted"in sabiq futbolçusu Robin van Persi "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşeri tənqid edib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Mançester klubunun İngiltərə  Premyer Liqasının 21-ci turunda "Arsenal"a 0:2 hesabı ilə uduzmasını şərh edərkən deyib:

"Sulşer çox gülür. Sözün düzü, indi onun üçün güləcək zaman deyil. Oyunçular pis oynadıqları vaxt cəzalandırılacaqlarını bilməldirlər. Məşqçi oyun planı ilə yanaşı, bir az da qorxuducu olmalıdır".

 


Etiketlər:  Sulşer çox gülür Persi


RƏYLƏR