Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 11:12
Bakı. Elçin Mehdiyev - Trend:
Bu ilin ötən dövründə Azəbaycanda minimum pensiyalar və minimum əməkhaqqı 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosasiyasının Avropa Regional Sosial Təminat Forumunda çıxışı zaman deyib.
Nazir qeyd edib ki, təkcə cari ilin ötən dövründə reallaşdırılan uğurlu sosial paket 3 milyon insanın rifahına ciddi dəstək olub.
S.Babayev vurğulayıb ki, 10 min nəfərə elektron qaydada pensiya təyin olunub.
O qeyd edib ki, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanıb, şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatı proqramının idən-ilə dəfələrlə genişlənib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin