Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 13:10
Bakı. Samir Əli - Trend:
Bəzi mətbuat orqanlarında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğlunun öldürülməsi ilə bağlı məlumat yayılıb.
Məlumatda bildirilir ki, müəmmalı ölən Cavid Abdullayev Fərhad Abdullayevin doğma qardaşının oğludur.
Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov Trend-ə açıqlamasında məlumatı təkzib edib.
T. Aslanov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluq əlaqəsinin olmadığını deyib: "Bildirmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin cəmi 1 qardaşı var. Onun adı Cavad Abdullayevdir, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir. Cavad Abdullayevin isə 2 oğlu var-Sahib və Rüstəmdir. Hadisədə adları çəkilən şəxslərin isə heç biri Fərhad Abdullayevin qohumu deyil. Yayılan məlumatlar tam əsassızdır".
Xatırladaq ki, bəzi saytlarda aktrisa Pərvin Abıyevanın sevgilisi Murad Abdullayevin qardaşı Cavid Abdullayevin öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, C.Abdullayev Fərhad Abdullayevin qardaşı oğludur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!