Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 17:14
Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, fevralın 15-16-da baş tutacaq builki turnir də Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Yarışlara ilkin qeydiyyat siyahısına əsasən, artıq 31 ölkə iştirakını təsdiqləyib. Təxminən 171 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq. Turnirdə iştirak edəcək gimnastların adları isə yanvarın sonunda bəlli olacaq.
İki gün davam edəcək yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.