Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günün qoroskopu: ailədə fikir ayrılıqları mümkündür

Günün qoroskopu:  ailədə fikir ayrılıqları mümkündür

Tarix: 5 Yanvar 2020 00:02

Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - hisslərin möhkəmliyi yoxlanılır və uzun müddətdir sülh içərisində yaşayan cütlüklərin heç də hamısı bu yoxlamadan üzüağ çıxa bilməyəcək. Yüngülxasiyyət adamlar düşünülməmiş, tələsik hərəkətlər edə və sonradan təəssüflənə bilərlər.

Buğa - gələcək barədə düşünmək olar. Bu gün vacib qərarlar qəbul etməli olacaqsınız. Onların hər birinin uzağa gedən nəticələri olacaq.
Hər dəqiqənizi işə həsr etməyin, gəzin, istirahət edin, zövq verən insanlarla görüşün. Gün boyu əhval-ruhiyyənizin yüksək olması uğurun vacib şərtlərindəndir.

Əkizlər - gün əks cinsin nümayəndələri ilə xoş ünsiyyət vəd edir. Düzdür, iş yüngül flirtdən o yana keçməyəcək, amma sizi bu variant da qane edə bilər. Köhnə tanışlarla görüş istisna deyil. Onlardan hansısa dostluq münasibətləri ilə kifayətlənməməyi və romantik münasibətlərə başlamağı təklif edə bilər.

Xərçəng - əksər problem və çətinliklərinizin əsl səbəbinin nədən ibarət olduğu barədə ciddi düşünsəniz, xeyli irəliyə gedə bilərsiniz. Bu gün istənilən ağır yükdən qurtulmaq (həyatı zəhərləyən xatirələri beyindən silmək, ümidləri doğrultmayan münasibətlərə son qoymaq və s.) üçün münasibdir. Sərt hərəkətlərə meyllisiniz və ünvanınıza xeyli tənqid səslənir. Hətta rəğbət bəslədiyiniz və hörmət etdiyiniz adamlar da bəzən kəskin danışırlar. Lakin öz daxili səsinizə daha diqqətlə qulaq asmaqda davam edin.

Şir -özündən, ətrafdakılardan narazılıq bəzən məntiqli sərhədləri aşır, çoxsaylı münaqişə və mübahisələrə səbəb olur. İş sahəsindəki "heç-heçə"ləri şəxsi həyatdakı qələbələrlə kompensasiya etmək həzzi mümkündür. Çoxları bu gün romantik münasibətlər burulğanına düşür.

Qız - günün hər hansı xüsusi özəlliyi yoxdur. Pis gün deyil, məhsuldar və sakitdir. Darıxdırıcıdır. Peşəkar işlərdəki durğunluq sıxıntı verir. Daha çox adam bütün güclərini qoyduqları layihələrin gələcəyindən şübhələnməyə başlayır. 

Tərəzi - əhval-ruhiyyəniz dəyişkəndir. Bu, ətrafdakılarla münasibətlərinizə pis təsir göstərir. Siz gah boş şeylərə görə əsəbiləşirsiniz, gah da həqiqi çətinliklər və problemlərə filosofcasına sakit yanaşırsınız. Reaksiyalarınızın qabaqcadan məlum olmaması təkcə yeni tanışlarınızı yox, həm də yaxınlarınızı çaşdırır.


Etiketlər:  Günün qoroskopu ailədə fikir ayrılıqları mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ