Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 12:30
Niderlandda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub.
Qol.az xəbər verir ki, bu haqda Voleybol Federasiyası məlumat yayıb. Ötən il dekabrın 25-də Bakıda başlayan çalışmalar Polşada yekunlaşıb. Komandamız burada yerli yığma ilə iki qarşılaşmada gücünü yoxlayıb. Hər iki görüşdə Polşaya millisi qalib gəlib.
Beləliklə, 11 günlük təlim-məşq toplanışına yekun vurulub. Komandamız Polşadan öncə Türkiyədə də hazırlıq keçib. Millimiz qonşu ölkədə “Fənərbaxça” və “Türk Hava Yolları” klubları ilə qüvvəsini sınayıb və hər 2 matç heç-heçə ilə bitib. Komandamız bu gün Niderlanda yollanacaq.
Qeyd edək ki, Apeldornda baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya turniri yanvarın 7-12-də olacaq.