Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 14:36
ABŞ-ın Kaliforniya ştatında filmləri internetdə icazəsiz yayılan qadınlara 12 milyon dollar təzminat veriləcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, model agentliklərinə müraciət edən qadınlara çəkildikləri açıq-saçıq səhnələr olan filmlərin yayımlanmayacağına dair söz verilsə də, videolar internetə yüklənib. Bu səbəbdən ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan qadınlardan bəziləri intihara cəhd edib.
Kaliforniyada baş tutan məhkəmə zamanı hakim yaşı 18 və 23 arası dəyişən zərərçəkmiş qadınlar üçün 12,7 milyon dollar ödənilməsinə qərar verib. Filmlərin yayıldığı internet kanalının CEO-su Mişel J.Pratt polisdən gizlənməyi bacarsa da, kanalın digər əməkdaşı Andre Qarsia saxlanılıb.