Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada 30-a yaxın avtomobil buzda batdı - VİDEO

Rusiyada 30-a yaxın avtomobil buzda batdı - VİDEO

Tarix: 5 Yanvar 2020 16:32

Vladivostokdakı Voevoda körfəzində onlarla avtomobil buzda batıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə "PrimaMedia" məlumat verib. Hadisə yerindən video "YouTube"da yayımlanıb.

Kadrlarda insanların qar altında qaldığı, maşınların isə buzda batdığı görüntülənib.

"Dəqiq bilmirəm, ancaq 30-a yaxın maşındır. Tələsin! Artıq kimsə tələsməyə ehtiyac duymaz", - video müəllifi qeyd edib.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Primorski Baş İdarəsindən buzda batan maşınlarla bağlı 45 dəfə məlumat daxil olduğu bildirilib. Bəzi avtomobillər qismən yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.


Etiketlər:  Rusiyada yaxın avtomobil buzda batdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ