Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraq parlamentindən ABŞ-a şok - Dərhal çıxın! - FOTO

İraq parlamentindən ABŞ-a şok -  Dərhal çıxın! - FOTO

Tarix: 5 Yanvar 2020 19:16

İraq parlamenti ölkədəki ABŞ hərbi qüvvələrinin çıxarılmasına səs verdi.

Sonxeber.net bildirir ki, qəbul olunmuş qanun layihəsi nəzərdə tutur:

- ABŞ-ın İraqda həyata keçirdiyi "Sarsılmaz qətiyyət" əməliyyatının dərhal dayandırılmasını və ABŞ hərbi kontingentinin ölkədən çıxarılmasını

- İraqın quru, dəniz və hava məkanının bütün xarici ölkə hərbçiləri üçün qapadılmasını

- ABŞ-ın Bağdaddakı aviasiya zərbələri ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına şikayətlə müraciət edilməsini.

Bundan başqa, qanun İraq hökumətini İŞİD-lə mübarizədə beynəlxalq koalisiyanın yardımlarını almaq üçün yolladığı sorğunu ləğv etməyə vadar edir. Xarici dövlətlərin hərbi kontingentlərinin İraq ərazisindəki əməliyyatları dərhal dayandırılimalıdır.

İraqın XİN-i ölkə suverenliyinin ABŞ tərəfindən pozulması ilə bağlı BMT-yə rəsmi şikayət etməlidir.

ABŞ-ın İraqdakı son aviazərbələri ilə bağlı təhqiqatlara başlanmalı, nəticələr barədə parlamentə məlumat verilməlidir.

Qanun qəbul olunduğu gün qüvvəyə minir.


Etiketlər:  İraq parlamentindən ABŞ şok Dərhal çıxın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ