Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 21:06
"Sumqayıt"ın Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası yanvarın 14-də Macarıstanın 2-ci liqa təmsilçisi "Rakotsi" ilə üz-üzə gələcək. "Sumqayıt" yanvarın 18-də isə Rumıniyanın yüksək liqasında çıxış edən "Politexnika" ilə qarşılaşacaq.
Xatırladaq ki, "Sumqayıt" hazırlıq müddətində yanvarın 21-də "Arka" (Polşa) ilə qarşılaşacağı əvvəlcədən məlum idi.