Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 22:32
Bakı. Trend:
NATO, yanvarın 6-da Brüsseldə Şimali Atlantika Şurasının İraqdakı vəziyyətlə əlaqədar təcili iclasının keçirilməsini təsdiqləyib.
Trend-in məlumatına görə, yanvarın 6-da keçiriləcək iclasda “Əl-Qüds” dəstələrinin komandanı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İraqdakı vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, NATO yanvarın 4-də təlimatçılarının təhlükəsizliyi ilə əlaqədar olaraq Bağdaddakı İraq hərbi qüvvələrini hazırlamaq missiyasını dayandırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!