Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klub prezidenti Zidana kəllə, Materatsiyə söz atdı - VİDEO

Klub prezidenti Zidana kəllə, Materatsiyə söz atdı - VİDEO

Tarix: 6 Yanvar 2020 14:08

"Almeriya" klubunun sahibi Türki Əl-Şeyx "Real"ın baş məşqçisi Zinəddin Zidanla maraqlı videosunu paylaşıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ərəb funksioner zarafatla fransalı mütəxəssisin sinəsindən kəllə vurub.

Əl-Şeyx bununla DÇ-2006-nın finalında Zidanın İtaliya millisinin müdafiəçisi Marko Materatsiyə qarşı etdiyi hərəkəti təkrarlayıb. O, sözügedən videonu "twitter"də paylaşdıqdan sonra italiyalı veteran futbolçuya söz atıb: "Çətin idi, elə deyilmi? Ərəb qanı!"

Materatsi də öz növbəsində atmacanı cavabsız qoymayıb: "Salam, boss. İşlər necədir? Ümid edirəm ki, tezliklə görüşəcəyik".

Zidanla görüşdə həmçinin onun "Real"dan keçmiş komanda yoldaşı, "Almeriya"nın baş məşqçisi Quti də iştirak edib.

Milli.Az


Etiketlər:  Klub prezidenti Zidana kəllə Materatsiyə söz atdı VİDEO


RƏYLƏR