Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 14:51
Bakı. Trend:
Vışeqrad qrupu bu il mayın 6-da Slovakiyanın sədrliyi çərçivəsində bu qurumun xarici işlər nazirləri və "Şərq Tərəfdaşlığı" ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşünə dair bəyanat yayıb.
Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda son 10 il ərzində Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi uğurlar və proqramın icrasının nəticələri, eləcə də növbəti 10 il üçün baxışlar və məqsədlər öz əksini tapıb.
Eyni zamanda sənəddə sözügedən proqramın Avropa İttifaqının gündəliyində saxlanılmasının vacibliyi və ortaq fundamental dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına və demokratiyaya, qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəçiliyə, dayanıqlı inkişaf və bazar iqtisadiyyatına əsaslanan ümumi öhdəliklərə uyğun olaraq unikal Avropa qonşuluq siyasətinin davam etdirilməsinə qarşılıqlı maraq qeyd edilib.
Vışeqrad Qrupunun bəyanatında sözügedən qrupa daxil olan ölkələrin bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə birmənalı dəstək verdiyi xüsusilə vurğulanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin