Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur''

''Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur''

Tarix: 19 Aprel 2019 15:40

“Çox sevinirəm ki, komandamın heyətində 400 oyun keçirmişəm. Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev klubun rəsmi saytına açıqlamasında deyib.

Premyer Liqamızın son turunda "Keşlə" ilə görüşdə Ağdam klubunda 400-cü matçına çıxan millimizin üzvü yubileyi ilə bağlı fikirlərini bölüşüb. O, bu rəqəmi artırmaq istədiyini bildirib:  "13 ildir eyni komandada çıxış edirəm. Çox sevindirici bir haldır. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası da formanı versəydi, sevinərdim amma bu tam fərqli bir hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacağam ki, “Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm(gülür). İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.
 


Etiketlər:  Azərbaycanın güclü klubunda oynamaq hər kəsə nəsib olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ