Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 09:34
ABŞ BMT TŞ-nın iclasına getməyə hazırlaşan İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" ABŞ Administrasiyasına istinadla xəbər verib.
Bildirilir ki, yeni qərar İran İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi bölməsinin generalı Qasım Süleymaninin amerikalı hərbçilər tərəfindən öldürülməsindən sonra iki ölkə arasında yaranan gərginliklə əlaqədar verilib.
İclas Nyu-Yorkda yanvarın 9-na təyin olunub.