Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÇL-in finalına hakim təyinatları açıqlandı

ÇL-in finalına hakim təyinatları açıqlandı

Tarix: 14 May 2019 16:44

Çempionlar Liqasında "Liverpul" və "Tottenhem" arasında keçiriləcək final oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək. Ona həmyerliləri Yüre Praprotnik və Robert Vukan köməklik edəcək. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.

Bu, Skominanın  karyerası ərzində ÇL-də baş hakimi olacağı ilk final matçı olacaq.

Qeyd edək ki, həlledici matç iyunun 1-i Madrid "Vanda Metropolitano" stadionunda keçiriləcək.

 


Etiketlər:  finalına hakim təyinatları açıqlandı


RƏYLƏR