Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 18:28
İspaniya La Liqasında ilk dövrənin simvolik komandası müəyyənləşib.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, "Marca" nəşri ən yaxşı "11-liy"i açıqlayıb.
Simvolik komandada turnir cədvəlinə başçılıq edən "Barselona" 3, "Real" isə 2 futbolçu ilə təmsil olunub.
İlk dövrənin rəzmi komandası:
Qapıçı: Yan Oblak ("Atletiko")
Müdafiəçilər: Xesus Navas, Dieqo Karlos (hər ikisi "Sevilya"), Xerard Pike ("Barselona"), Xose Qaya ("Valensiya")
Yarımmüdafiəçilər: Martin Edeqor ("Real Sosyedad"), Federiko Valverde ("Real"), Santi Kazorla ("Vilyarreal")
Hücumçular: Lionel Messi, Luis Suares (hər ikisi "Barselona"), Kərim Benzema ("Real").
Qeyd edək ki, 19 turdan sonra "Barselona" və "Real"ın aktivində 40 xal var. "Atletiko" və "Sevilya" 35 xalla onları izləyir.