Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

WhatsApp-dan yeni il rekordu

WhatsApp-dan yeni il rekordu

Tarix: 7 Yanvar 2020 23:12

"WhatsApp" messenceri 2020-ci ilə yeni rekordla daxil olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, 31 dekabr 2019-cu ildə "WhatsApp"da göndərilən mesaj sayı platformanın 10 illik tarixində ən yüksək göstərici olub.

Hazırda ən çox istifadə edilən mesajlaşma proqramında bayram günü 100 milyard mesaj göndərildiyi açıqlanıb. Bu mesajların 12 milyardı foto olub. Təkcə Hindistanda həmin gün 20 milyard mesajlaşma qeydə alınıb.

"WhatsApp" vasitəsilə ilin son günündə bir saatda orta hesabla 4,1 milyard mesaj göndərilib.

Qeyd edək ki, "WhatsApp" Çin xaric bütün ölkələrdə istifadə edilir.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  WhatsApp yeni rekordu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ