Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın raket hücumu zamanı azı 80 amerikalı hərbçi öldü - SEPAH

İranın raket hücumu zamanı azı 80 amerikalı hərbçi öldü - SEPAH

Tarix: 8 Yanvar 2020 09:38

İranın İslam İnqilabı Keşikçilər Korpusu SEPAH-ın İraqın Eynül-Əsəd bazasına hücumunda azı 80 amerikalı hərbçi həlak olub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu SEPAH-ın məlumatlı rəsmisi Fars informasiya agentliyinə açıqlamasında deyib.

Məlumatlı hərbçi bildirib ki, dəqiq məlumatlara əsasən, təxminən 200 nəfər yaralanıb.

İranlı hərbçi yaralıların vertolyotla dərhal bazadan aparıldığını deyiblər.

İranlı hərbçinin sözlərinə görə, Eynül-Əsəd bazası ABŞ üçün strateji obyekt idi və bu bazadan PUA-lara dəstək verilirdi.

"Bazada 20 həssas məkana 15 ədəd raket atılıb. Çoxlu sayda PUA və helikopter məhv edilib".

SEPAH hərbçsi deyib ki, bölgədə ABŞ-ın 104 həssas məkanı müəyyənləşdirilib. ABŞ tərəfindən hər hansı ilk hücuma cavab olaraq məhv ediləcək.

Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet


Etiketlər:  İranın raket hücumu zamanı azı amerikalı hərbçi öldü SEPAH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ