Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA milliyə namizədlərin adlarını açıqlayacaq

AFFA milliyə namizədlərin adlarını açıqlayacaq

Tarix: 8 Yanvar 2020 15:44

Bu gün “Bulvar oteldə” AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Qol.az xəbər verir ki, yanvarın 28-də AFFA-nın növbəti Konfransının keçirilməsi qərara alınıb.

AFFA-mım yaydığı məlumata görə, həmin vaxta qədər isə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdiriləcək və yanvarın 28-dəki növbəti Konfransdan sonra İcraiyyə Komitəsinin ilk iclasında siyahı təqdim olunacaq.

Qeyd edək ki, AFFA Avro-2020-nin seçmə mərhələsində millimizə başçılıq edən Nikola Yurçeviçlə ötən ilin sonunda yollarını ayırıb.

 


Etiketlər:  AFFA milliyə namizədlərin adlarını açıqlayacaq


RƏYLƏR