Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 16:00
Bakı. Trend:
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel yanvarın 11-də Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.
Qeyd olunur ki, Ş.Mişel regionda gərginliyin azaldılması üçün dialoqun tərəfdarıdır:
“Türkiyə regionda sabitliyin təmin olunmasında vacib iştirakçıdır və Avropa İttifaqı Şurasının sədrinin İstanbula səfəri bununla bağlıdır”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin