Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 617 nəfər qeydə alınıb

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 617 nəfər qeydə alınıb

Tarix: 8 Yanvar 2020 17:12

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb. 1041 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün nəfər qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ