Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 17:22
Serbiya millisinin sabiq hücumçusu Darko Kovaçeviç Yunanıstanda silahlı basqına məruz qalıb.
Sonxeber.net xəbər verir ki, keçmiş futbolçuya Afinadakı evinin yaxınlığında hücum edilib. Cinayəti törədənlər ona atəş açıb. 46 yaşlı futbol adamı ayağından yaralanıb. Xuliqanlar iz itirmək üçün Kovaçeviçin maşını yandırıblar.
Serbiyalı veteran "Srvena Zvezda", "Yuventus", "Latsio", "Real Sosyedad" və "Olimpiakos" kimi klublarda çıxış edib.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet Məqaləyə dair fotomateriallar: