Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Atletiko" açıqladı - Qrizmann gedir

Tarix: 15 May 2019 01:04

Antuan Qrizmannın mövsümün sonunda "Atletiko"dan ayrılacağı dəqiqləşib.

Qol.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi fransalı hücumçunun komandanı tərk edəcəyini təsdiqləyib.

28 yaşlı futbolçunun "Barselona"ya keçəcəyi gözlənilir. Kataloniyalılar dünya çempionu üçün "Atletiko"ya 120 milyon avro təzminat ödəyəcək.

Klubun rəsmi saytına təəssüratlarını bölüşən forvard azarkeşlərə təşəkkür edib: "Burada 5 gözəl il keçirdim. Hər şeyə görə sağ olun. Siz həmişəlik mənim qəlbimdə qalacaqsınız".

Qeyd edək ki, 2014-cü ilin yayında "Real Sosyedad" 30 milyon avro qarşılığında "Atletiko"ya transfer olan Qrizmann Madrid klubunda keçirdiyi 256 oyunda 133 qol vurub. O, 2017-2018 mövsümündə Avropa Liqası və UEFA Superkubokunu qazanıb.

 


Etiketlər:  Atletiko açıqladı Qrizmann gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ