Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 14:33
Bakı. Trend:
Bakıda keçmiş məhkum mağazadan 3000 manat oğurlayıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən xəbər verilib.
Məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki mağazaların birindən 3000 manat və 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş E.Alıyev saxlanılıb.
DİN-dən daxil olan digər məlumatda isə bildirilir ki, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 650 manat və 8000 ABŞ dolları, habelə gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş X.Vəliyev də saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin