Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 00:46
Bir qrup dələduz Estoniyanın Rapla şəhərinin sakinindən yarım milyon avrodan çox pul almaq üçün telefonla kələk işlədib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, səlahiyyətli orqanların məlumatına görə, rus dilində danışan dələduzlar zərərçəkənlə əlaqə saxlayaraq onu özlərinin bank hesablarına pul köçürməyə razı salıblar. Əcnəbi vətəndaşın hesabına pul köçürən "qurban" daha sonra hesaba daxil ola bilməyib və bununla da 500 min avrodan çox pul itirib.
Dələduzların yaxalanmaları üçün cinayət işi başlanılıb.