Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 15:46
Beynəlxalq Miqrasiya Təşkilatı Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarının reinteqrasiya yardımı ilə təmin edilməsinə davam edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 2019-cu ildə KQYR layihələri çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 105 nəfər şəxsə nağd qrant və 598 nəfər şəxsə isə qeyri-nağd yardımlar göstərilib. Ötən il ərzində, 40 nəfərə tibbi yardım, 120 nəfərə müvəqqəti mənzil təminatı, 188 nəfərə kiçik biznesin qurulması üçün və 285 şəxsə isə zəruri ev əşyalarının alınmasına dair yardım (məişət və mebel əşyaları) göstərilib.
BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailələrinə gəlir gətirən fəaliyyət sahələrinin qurulması ilə bağlıdır. 2019-cu ildə KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, ticarət və kiçik istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurublar.