Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: 6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur

Komitə sədri: 6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur

Tarix: 15 May 2019 12:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Statistika göstərir ki, 6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur. Bu, bizi çox narahat edir.

Trend-in məlumatına görə, bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, boşanmalar, qeyri-rəsmi nikahların olması narahatedici haldır: "Bu hallar bizi narahat edir. Qeyri-rəsmi nikahlar Azərbaycan xalqına xas deyil. Belə halların olması bizi narahat etməlidir. Bizi daha çox narahat edən isə gənc ailələrin boşanmasıdır. Boşanmalar gəncləşib".

A.Naxçıvanlı bildirib ki, ailə dəyərlərinin itməməsi üçün qanunvericiliyə hansı dəyişikliklərin edilməsi barədə də düşünmək lazımdır.

Deputat onu da əlavə edib ki, bu gün Azərbaycanda dövlət tərəfindən ailələrə dəstək göstərilir. Güzəştli ipoteka kreditlərinin verilməsi buna misal ola bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ