Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klublarımızın qış transferləri

Klublarımızın qış transferləri

Tarix: 11 Yanvar 2020 07:36

Azərbaycanda Premyer Liqasında qış fasiləsi yarandığından bəzi klublarda ayrılıqlar və yeni transferlər var.

Milli.Az xəbər verir ki, transfer işində fəal olan hələlik "Zirə"dir. Paytaxt təmsilçisi hücumçular Davit Volkov və Ağabala Ramazanovu heyətinə cəlb edib.

"Qarabağ"

Gələn: yoxdur

Gedənlər: Simeon Slavçev ("Levski", Bolqarıstan), Asmir Beqoviç (icarə müddəti başa çatıb), Riçard Almeyda

"Neftçi"

Gələn: İbrahim Əliyev ("Sumqayıt"), Mirabdulla Abbasov ("Səbail": icarədən qayıdıb), Saman Nəriman Cahan ("Maşınsazi")

Gedən: Rauf Əliyev

"Keşlə"

Gələn: Şohruh Qadoyev ("Bunyodkor", Özbəkistan),

Gedənlər: Şahin Zəkiyev, Murad Qayalı ("Səbail")

"Sumqayıt"

Gələn: yoxdur

Gedən: İbrahim Əliyev ("Neftçi"), Ehtiram Şahverdiyev ("Qəbələ")

"Zirə"

Gələnlər: Davit Volkov ("Qəbələ"), Ağabala Ramazanov ("Səbail")

Gedən: yoxdur

"Sabah"

Gələn: Mario Marina

Gedən: Hendrik Ekşteyn, Rocer Roxas

"Qəbələ"

Gələn: Ehtiram Şahverdiyev

Gedən: Davit Volkov ("Zirə")

"Səbail"

Gələn: Murad Qayalı ("Keşlə")

Gedənlər: Ağabala Ramazanov ("Zirə"), Elvin Yunuszadə, Mirabdulla Abbasov ("Neftçi")

Milli.Az


Etiketlər:  Klublarımızın qış transferləri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR