Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 08:44
Wi-Fi Alliance qurumu yeni texnologiyalar üzərində işləyərək Wi-Fi 6-nı dünyaya təqdim etmişdilər. İndi isə Wi-Fi 6-nın daha təkmilləşmiş versiyası Wi-Fi 6E təqdim olundu. Yeni protokol və texnologiya Wi-Fi 6-a nəzərən daha sürətli olacaq və fərqli tezlik zolağından istifadə edəcək.
Wi-Fi 6E, Wi-Fi 6-dan fərqli olaraq 6 Ghz tezlik zolağından istifadə edəcək.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, hal-hazırda Wi-Fi-larda Wi-Fi 5 (802.11ac) və Wi-Fi 6 (802.11ax) protokollarından istifadə edilir. Bu da istifadəçilərə 2.4 Ghz və 5 Ghz tezliyində şüalandırma qabiliyyətindən istifadə imkanı yaradır. Lakin Wi-Fi 6E ilə birliktə artıq 6 Ghz tezlik zolağına keçiləcək. Həmçinin 14 ədəd 80 Mhz kanal və 7 ədəd 160 Mhz kanaldan istifadə etmək mümkün olacaq. Qeyd edək ki, Wi-Fi 6 protokolu 6 Ghz tezlik zolağından istifadə etmir, onun yerinə 5 Ghz zolağı maksimum potensialında istifadəyə imkan yaradır. Ona görə də Wi-Fi 6 ilə Wi-Fi 6E texnologiyalarını qarışdırmaq olmaz. Bunlardan əlavə 60 Ghz tezlik zolağında işləyə bilən texnologiya da mövcuddur və bu WiGig adlanır. Əsasən VR cihazları üçün nəzərdə tutulan bu texnologiya da istifadəyə veriləcəkdir. Hal-hazırda Wi-Fi 6E protokolu istifadə verilməyib. Verildiyi anda ekosistemdə yeni router və modemlər görəcəyik.