Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 08:56
CES 2020 sərgisi çərçivəsində yeni xüsusiyyətlərini açıqlayan Tvitter mikrobloqu tərəfindən istifadəçilərin xoşuna gələcək bir xüsusiyyət əlavə edilib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni sistemdə tvit etdiyiniz zaman söhbətə daxil olacaq insanları seçmək üçün 4 fərqli seçim təqdim edilir - Qlobal, Qrup, Panel və Bəyanat.
Qlobal hər kəsin yaza biləcəyi tvit deməkdir.
Qrupda izlədiyiniz və ya qeyd etdiyiniz insanlar şərh yaza bilər.
Paneldə isə tvitə əlavə etdiyiniz insanlardan başqa, heç kim sizə cavab verə bilməz.
Bəyanatı seçsəniz, o tvit şərhi üçün tamamilə bağlıdır.
Yeni xüsusiyyətlərlə bərabər kiberhücumun azaldılması hədəflənərək istifadəçilər üçün tamamilə təhlükəsiz bir sosial şəbəkə yaratmaq düşünülür.