Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2020 12:36
Bakı. Trend:
İranın ali lideri Əli Xamneyi İranda vurulan Ukrayna təyyarəsi ilə bağlı araşdırmanın nəticələrini açıqlamağı tapşırıb.
Trend-in məlumatına görə, Ə.Xamneyi bununla əlaqədar Milli Təhlükəsizlik Ali Şurasının təcili iclasını çağırıb.
Qeyd olunur ki, ali lider havadan müdafiə sisteminin faciəvi səhvi barədə məlumatlandırıldıqdan sonra bu qərarı verib.
Ə.Xamneyi istintaq nəticələrinin şəffaf və ədalətli şəkildə açıqlanacağını bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin