Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DSX: Sərhəd döyüş məntəqələrimiz və hərbi nəq­liyyat vasitələrimiz intensiv atəşə tutulub

DSX: Sərhəd döyüş məntəqələrimiz və hərbi nəq­liyyat vasitələrimiz intensiv atəşə tutulub

Tarix: 11 Yanvar 2020 14:18

Bakı. Trend:

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafi­zəsini həyata keçirən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşun­larının “Qazax” əla­hiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təx­ribatları davam edir.

DSX-dən Trend-ə verilən məlumata görə, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa isti­qa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz Ermənistan Res­­­publikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulmuşdur.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınmış, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulmuşdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sərhəd döyüş məntəqələrimiz hərbi nəqliyyat vasitələrimiz intensiv atəşə tutulub


RƏYLƏR