Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' 22-ci tur matçında Londonun ''Tottenhem''ini məğlub etdi

''Liverpul'' 22-ci tur matçında Londonun ''Tottenhem''ini məğlub etdi

Tarix: 12 Yanvar 2020 02:52

Bakı. Trend:

"Liverpul" İngiltərə çempionatının cari mövsümündə ardıcıl qələbələrinin sayını 20-yə çatdırıb. Futbol üzrə İngiltərə çempionatının 22-ci turunun mərkəzi qarşılaşmasında Premyer Liqanın cari mövsümünün lideri “Liverpul” səfərdə “Tottenhem”in qonağı olub.

Trend-in məlumatına görə, matçın 37-ci dəqiqəsində braziliyalı Roberto Firmino komanda yoldaşı Məhəmməd Salahın ötürməsini dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qalan dəqiqələrdə hesab dəyişməyib.

"Liverpul" 21 matçda 61 xal qazanaraq İngiltərə çempionatının liqa cədvəlində liderliyini davam etdirir. "Tottenhem" 22 görüşdən 30 xal göstəricisi ilə cədvəldə səkkizincidir.

Növbəti oyunda yanvarın 18-də Yurgen Kloppun yetirmələri "Mançester Yunayted"i qəbul edəcək, Premyer Liqanın 23-cü turunda Joze Maurinyonun komandası "Watford"la qarşılaşacaq. 14 yanvar, "Tottenhem" İngiltərə Kubokunun 1/32 finalında "Midlsbro" ilə oynayacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Liverpul matçında Londonun Tottenhemini məğlub etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ