Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onyekuru malyariyaya yoluxub

Onyekuru malyariyaya yoluxub

Tarix: 12 Yanvar 2020 14:18

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "Qalatasaray"da icarə əsasında çıxış edən Henri Onyekuru malyariyaya yoluxub.

"Müəyyənləşib ki, bizim komandamızın oyunçusu Henri Onyekuru müqaviləmizdən əvvəl məzuniyyətə getdiyi Nigeriyada - öz vətənində malyariya virusuna yoluxub. Futbolçunun sağlamlıq vəziyyətinin tibbi müayinəsi vaxtı xəstəliyin əlamətlərini göstərən heç bir əlamət aşkar edilməmişdi. Oyunçu özü bir gün əvvəl müşahidə edilən yüksək temperaturun səbəbini aşkar etmək üçün müayinədən keçməkdə təkid edib.

Müalicə beynəlxalq protokollar, həm də Səhiyyə Nаzirliyi tərəfindən göstəriş verilmiş protokollarla yüksək diqqət altında aparılır. İctimaiyyətə müalicə prosesinin gedişi və oyunçumuzun sağlamlıq vəziyyəti haqqında məlumat veriləcək", - "Qalatasaray"ın açıqlamasında deyilir.

Qeyd edək ki, "Qalatasaray" "Monako"nun futbolçusunu bu ay transfer edib. İyirmi iki yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb.


Etiketlər:  Onyekuru malyariyaya yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ