Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Walmart” sifarişləri toplayan robot təqdim edib

“Walmart” sifarişləri toplayan robot təqdim edib

Tarix: 13 Yanvar 2020 14:21

“Walmart” sifarişləri toplayan və satıcılarla qarşılıqlı əlaqədə olan robotlar təqdim edib. Hələ ki bu robotlar gündəlik 170-dək sifariş emal edirlər. Bu, onların imkanlarının 20%-nə bərabərdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, şirkətin rəsmisi elan edib ki, malların seçilməsi və daşınması üçün avtonom robotlar artıq ABŞ-da bir neçə mağazada sınaqdan keçirilir. Bu robotlar sınaq müddəti bitdikdən sonra mühəndislərə öz tövsiyələrini verəcək işçi heyətlə əlaqə yaradırlar.

 

“Alphabot” avtonom arabaların köməyi ilə anbarda soyudulmuş və dondurulmuş məhsullar üçün sifariş emalını həyata keçirməyə imkan verir. Sistem lazımi məhsulu tapır, qablaşdırır, yoxlama yerinə çatdırır.

 

Emil Hüseynov




Etiketlər:  Walmart sifarişləri toplayan robot təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ