Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 13:16
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəməri (TAP) Avropada strateji layihələrdən biridir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama deyib.
Baş nazir qeyd edib ki, hazırda TAP layihəsinin 90 faizdən çoxunun icrası başa çatıb:
"Avropa, xüsusilə də Cənub-Şərqi Avropa üçün ən iri layihələrdən biri olan və Albaniyanın da faydalandığı TAP layihəsində işlərin 90 faizdən çoxu bu layihəyə cəlb olunan şirkətlərin böyük səyləri sayəsində başa çatıb".
Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.