Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır'' - Slavik Alxasov

''Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır'' - Slavik Alxasov

Tarix: 14 Yanvar 2020 16:38

“Düşünürəm ki, mövsümün ilk yarısını yaxşı nəticə ilə başa vurduq. Əsas məqsədimiz ilk "3-lük"də qərarlaşmaq idi və bunu da bacardıq. Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır". Lakin çempionatın ilk yarısını unudub, qarşıdakı 14 oyun haqqında düşünməliyik. Qış transfer dönəmində rəqiblərimiz güclənir, qarşıda bizi çətin oyunlar gözləyir".

Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin futbolçusu Slavik Alxasov klubun rəsmi saytına açıqlamasında deyib.

27 yaşlı cinah müdafiəçisi Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı barədə də danışıb: "Yanvarın 5-də Bakıda toplaşdıq, əsasən fiziki məşqlərə üstünlük verdik və artıq iki gündür ki, məşqlərimizi Antalyada davam etdiririk. Komandamızın hər bir futbolçusu baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışır. İnanırıq ki, mövsümün ikinci yarısında da uğurlu çıxışımızı davam etdirəcəyik. Əlbəttə, sevindirici haldır ki, qışda heyətdə köklü dəyişikliklər olmamadı. Yalnız 1 futbolçu - Şohruh Qadoyev transfer olundu və o da olduqca istəkli şəkildə komandaya qoşulub və “Keşlə” üçün əlindən gələni edəcək".

Alxasov 2018-2019 mövsümünün "Keşlə" üçün uğursuz olduğunu, lakin həmin mövsümü unutduqlarını söyləyib: "Futbolçular, məşqçi heyəti və rəhbərlik bir ailə olaraq qoyulan məqsədə doğru inamla gedirik".

 


Etiketlər:  Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır Slavik Alxasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ