Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 20:50
Moskva "Lokomotiv"inin 29 yaşlı forvardı Fyodor Smolov bu yaxınlarda yeni sevgilisini bəyan edib.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, onun sevgilisinin mərhum prezident Boris Yeltsinin nəvəsi 17 yaşlı Mariya Yumaşeva olduğu ortaya çıxıb.
Cütlük Karib dənizində dostları ilə birlikdə istirahət edərkən şəkil çəkdiriblər. Qeyri-rəsmi məlumatlara görə, sevənlər Mariya yetkinlik yaşına çatdıqdan sonra evlənmək niyyətindədirlər.
Xəbər artıq sosial şəbəkələrdə qəzəbli şərhlər dalğasına səbəb olub. İstifadəçilər futbolçunun öz yaşına uyğun bir qadın tapmağa çağraraq yazıblar: "Fedya, o, yetkin deyil və buna maddə düşür".
Mariya haqqında az şey məlumdur - o, xarici dilləri dərindən öyrənən elit məktəbi bitirib və bəzi məlumatlara görə, valideynləri kimi Avstriya vətəndaşıdır.