Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 22:40
Bu gün Yəmənin Abyan vilayətində Lyurd məscidində ibadət edən insanlar naməlum şəxs tərəfindən güllələnib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Əl-Ərabiya" telekanalı bildirib.
Məlumata əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bildirilib ki, ölənlər arasında - məscidin imamı və qatilin atası olub. Daha sonra o, çaxnaşmadan istifadə edərək qaçıb.