Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2020 11:56
Bakı. Trend:
2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 100 368 yeni abonent qeydiyyata alınıb.
Birlikdən Trend-ə verilən məlumata görə, bunun 57 466-sı Bakı, Abşeron və Sumqayıt, 42 902-si regionlar üzrədir. 2019-cu ilin dekabr ayında əhali sektoru üzrə 15 315 yeni abonent qeydiyyata alınıb ki, bunun da 8 148-i Bakı, Abşeron və Sumqayıt, 7 167-si regionların payına düşür.
Beləliklə, ötən il əhali sektoru üzrə 2 milyon 247 min 618 abonent qeydə alınıb. Bakı şəhəri üzrə abonent sayı 863 868, regionlar üzrə isə 1 milyon 383 min 750 təşkil edir.
Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 592 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin